Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb

Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb
# 17 oktyabr 2017 20:19 (UTC +04:00)

Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar verib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, millət vəkillərinin əksəriyyəti hökumətin təqdim etdiyi müvafiq qanun layihəsini dəstəkləyib.

Qeyd edək ki, Türkiyə hökuməti ötən gün ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar verib. Müvafiq sənəd təsdiqlənməsi üçün parlamentə göndərilib.

Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də, hərbi çevriliş cəhdindən sonra tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR