İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon Polis Şöbələrində monitorinq keçiriblər.
Bu barədə APA-ya Komitə sədrinin müavini E. Şirinov məlumat verib.
O bildirib ki, monitorinqin keçirilməsində məqsəd saxlanma şəraiti, onlara qarşı rəftarı öyrənmək olub.
O qeyd edib ki, polis şöbələrində saxlanılan şəxslərin çoxu inzibati həbs cəzası alan şəxslər olub: “Əksəriyyəti xırda talama və aliment verə bilmədiyi üçün inzibati qaydada saxlanılan şəxslər idi. Onların saxlanma şəraitindən heç bir şikayətləri olmadı”.