Gürcüstanda iri loqistika layihəsinə yenidən baxıla bilər

Gürcüstanda iri loqistika layihəsinə yenidən baxıla bilər
# 13 iyul 2018 13:42 (UTC +04:00)

“Anaklia dərin dəniz limanı layihəsinə yenidən baxılmalıdır”.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə namizəd Giorgi Kobulia parlament dinləmələri zamanı deyib.

O bildirib ki, Anaklia layihəsi Gürcüstanın loqistik haba çevrilməsi baxımından olduqca önəmlidir: “Yüklərin dövriyyəsində vəziyyət sürətlə dəyişir. Bu layihə kompleks şəkildə araşdırılmalı və yeni gözlə nəzərdən keçirilməlidir. Bizim üçün bu layihənin bütün ölkə üçün faydalı olması vacibdir”.

Qeyd edək ki, Gürcüstanda Qara dənizin sahilində böyük miqyaslı layihə olan Anaklia dərin dəniz limanının inşasına ötən ilin dekabrında start verilib. Anaklia limanı və Bakı Beynəxlalq Dəniz Ticarət Limanı arasında ötən ilin noyabrında Tbilisidə əməkdaşlıq memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR