Şirvanda mağazaya basqın edərək iki nəfərə ağır xəsarət yetirən şəxs saxlanılıb

Şirvanda mağazaya basqın edərək iki nəfərə ağır xəsarət yetirən şəxs saxlanılıb
# 18 may 2018 09:53 (UTC +04:00)

Şirvanda mağazaya basqın edərək iki nəfərə ağır xəsarət yetirən şəxs saxlanılıb.


APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, aprelin 22-də Şirvan Şəhər Polis Şöbəsinə T. İsmayılov küçəsində yerləşən marketlərin birində naməlum şəxsin iki işçinin baş nahiyəsinə şüşə qabla xəsarət yetirib pul tələb etməsi, səs-küy yarandığından istəyinə nail ola bilmədiyini görüb aradan çıxdığı barədə məlumat daxil olub.

​Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

​Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və qısa müddətdə cinayətin şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Şirinov tərəfindən törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən V. Şirinov Qaradağ rayonu ərazisində Əlahiddə Çevik Polis Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şirvan ŞPŞ-yə təhvil verilib.

Qeyd edək ki, marketə pul əldə etmək məqsədi ilə daxil olan şəxs orada çalışan satıcı-nəzarətçi, 1994-cü il təvəllüdlü Mehdiyev Fərid Fərhad oğlunun və kassir, 1979-cu il təvəllüdlü Həmidova Aynurə Zabil qızının başına şüşə qabla zərbə endirib. Lakin o, kassadan pul götürə bilməyib və hadisə yerindən qaçıb. Hər iki şəxs kəllə-beyin travması ilə Şirvan şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR