Rusiya ilə Tacikistan arasında hava nəqliyyatı bərpa edilib

Rusiya ilə Tacikistan arasında hava nəqliyyatı bərpa edilib
# 21 dekabr 2016 22:35 (UTC +04:00)

Rusiya ilə Tacikistan arasında hava nəqliyyatı bərpa edilib.

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə Rusiya Nəqliyyat nazirliyindən bildiriblər.

“Rusiya və Tacikistan arasında uçuşlar bərpa edilib. Jukovsk hava limanından “Yamal” aviaşirkətinin Düşənbə və Xücənd istiqamətində uçuşlarına dair razılıq əldə edilib. Dekabrın 22-də danışıqlar davam etdiriləcək”, Nəqliyyat nazirliyinin nümayəndəsi bildirib.

Bundan əvvəl Rusiyanın nəqliyyat nazirliyi ölkələr arasında hava yolunun dekabrın 22-si, Moskva vaxtı ilə saat 00:00-dan bağlanacağını bildirmişdi. Buna səbəb Tacikistan tərəfinin "Yamal” aviaşirkətinin təyyarələrinə Moskvadakı yeni "Jukovski” hava limanından Xucənd şəhərinə reyslərə icazə verməməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR