Şamaxıda minik avtomobili qəzaya uğrayıb, biri ağır olmaqla, dörd tələbə xəsarət alıb

Şamaxıda minik avtomobili qəzaya uğrayıb, biri ağır olmaqla, dörd tələbə xəsarət alıb
# 01 aprel 2018 17:15 (UTC +04:00)

Şamaxıda minik avtomobili kəndin girişində yol nişanına çırpılıb, 4 tələbə xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Məlhəm kəndi ərazisində baş verib.

"VAZ 21014" markalı 90-HO-284 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil Məlhəm kəndinin girişində məlumat lövhəsinə çırpılıb.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Quliyev Elmar Eldəniz oğlu və həmyaşıdları - Alışov Famil Fuad oğlu, Mustafayeva Pakizə Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Minik avtomobilində olan Şitayeva Tavat Mehman qızı isə daha ağır xəsarət alıb, koma vəziyyətindədir.

Xəsarət alanları Şamaxı rayonundakı ali təhsil müəssisələrinin birinin tələbələri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR