Suriyada partlayış nəticəsində 9 nəfər ölüb

Suriyada partlayış nəticəsində 9 nəfər ölüb
# 13 may 2018 01:26 (UTC +04:00)

Suriyanın İdlib əyalətində iki avtomobilin partladılması nəticəsində 9 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terakt İdlib mərkəzi xəstəxanasının qarşısında törədilib. Ölənlər arasında xəstəxananın 3 mühafizəçisinin olduğu bildirilir.

Partlayış nəticəsində 28 nəfər yaralanıb, daha 9 nəfər isə itkin düşmüş hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR