Azərbaycan İnvestisiya Şirkəti ötən ili 2,7 mln. manat mənfəətlə başa vurub

Azərbaycan İnvestisiya Şirkəti ötən ili 2,7 mln. manat mənfəətlə başa vurub
# 05 mart 2018 09:14 (UTC +04:00)

"Azərbaycan İnvestisiya Şirkətinin 2017-ci il üçün aktivlərinin həcmi 48 mln. 939 min manat təşkil edib".

"APA-Economics"in məlumatına görə, bunu bu gün Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf AİŞ-in 2017-ci ilin fəaliyyət nəticələri ilə bağlı keçirilən təqdimatda bildirib.

Onun sözlərinə görə, ötən il investisiya qoyuluşlarının həcmi 198 mln. 323 min manatdır: "Şirkətin əsas vəsaitlərinin həcmi 33 milyon 545 min manat, cəmi aktivlərinin həcmi 283 milyon 209 min manatdır".

O bildirib ki, AİŞ-in cəmi öhdəliklərinin həcmi 72 milyon 244 min manatdır. Şirkətin nizamnamə kapitalı 160 mln. manatdır.

2017-ci ildə şirkətin xalis mənfəəti 2 mln. 738 min manat olub. Gəlirlərinin həcmi 4 mln. 785 min manat, mənfəət vergisi 589 min manat, gəlirlərdən çıxılan xərclər 1 mln. 839 min manat olub. Vergiyə cəlb olunan mənfəət 2 mln. 946 min manat təşkil edib. Əldə olunmuş dividentlər 1 mln. 253 min manat, gəlirdən çıxılmayan xərclərin həcmi isə 872 min manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR