Ukraynada silah-sursat anbarında yanğın olub

Ukraynada silah-sursat anbarında yanğın olub
# 03 may 2018 15:25 (UTC +04:00)

Ukraynanın Xarkov vilayətində silah-sursat anbarında yanğın baş verib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin regional şöbəsinin mətbuat xidməti məlumat yayıb.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

İlkin ehtimallara görə, yanğın partlayıcı qurğunun partlaması nəticəsində baş verib.

Qeyd edək ki, adıçəkilən silah-sursat anbarında ötən ilin mart ayında da yanğın baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR