Qatarla avtobusun toqquşmasına görə tutulan şəxs azadlığa buraxılıb

Qatarla avtobusun toqquşmasına görə tutulan şəxs azadlığa buraxılıb
# 06 mart 2019 12:59 (UTC +04:00)

Bakıda qatarla avtobusun toqquşması faktına görə saxlanılan şəxs azadlığa buraxılıb.

ONA-nın əldə etdiyi xəbərə görə, “Ayşən LTD” MMC-də dispetçer işləyən Mübariz Fərəcovun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib.

Qeyd edək ki, ötən il oktyabrın 1-də paytaxtın Xəzər rayonunda qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı sərnişin avtobusu toqquşub. Nəticədə 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu ölüb, 40 sərnişin xəsarəti alıb.

Ə. Şirəliyevlə birlikdə tibbi müayinədən keçirilməyən avtomobili reysə buraxımış M. Fərəcov saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR