Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyədə keçiriləcək “Gloria Cup” turnirinə qatılacaq. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Yaponiyada baş tutacaq dünya çempionatı öncəsi Antalyada təşkil olunacaq yarışda qitənin ən güclüləri ilə qüvvəsini sınayacaq.
Belə ki, avqustun 22-26-da keçiriləcək yarışda yığmamızın rəqibləri Türkiyə, Rusiya və İtaliya olacaqlar. Komandamızın bu millilərlə turnirdən sonra yenidən yoxlama matçı keçirməsi də istisna edilmir.