Gürcüstanda tuneldə partlayış nəticəsində üç nəfər xəsarət alıb

Gürcüstanda tuneldə partlayış nəticəsində üç nəfər xəsarət alıb
# 22 yanvar 2018 09:31 (UTC +04:00)

Gürcüstanın Xaraqauli bələdiyyəsinin Bezatubani kəndi yaxınlığında yerləşən dəmir yolu tunelində partlayış baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, nəticədə 3 nəfər ciddi xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib. Həmin şəxslər tunelin tikintisində çalışan fəhlələrdir.

Qeyd edək ki, bir neçə gün əvvəl tunelin tikintisində çalışan fəhlələr əməyin mühafizəsi qaydalarının pozulmasına etiraz olaraq aksiya keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR