Azərbaycanda minimum istehlak səbətinə daxil olan xidmətlərin yeni tərkibi açıqlanıb

Azərbaycanda minimum istehlak səbətinə daxil olan xidmətlərin yeni tərkibi açıqlanıb
# 12 iyun 2014 07:20 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti Azərbaycanda minimum istehlak səbətinə daxil xidmətlərin yeni tərkibini təsdiq edib.

APA-nın verdiyi məlumata görə, qərara əsasən əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlar üçün adambaşına minimum istehlak səbətinə eyni səviyyədə olmaqla 1 il ərzində 12 kv.m mənzil, 12 kv.m mənzilin qızdırılması, ayda 5 kub.m isti və soyuq su təchizatı, ayda 5 kub. m kanalizasiya, ayda 21 kub.m qaz təchizatı, ayda 50 kVt/s enerji təchizatı, bir ayda xidmətlərə sərf olunan ümumi xərcə nisbətdə 10 faiz digər xidmətlər daxildir.

Nəqliyyat xərcləri isə bu qruplar üçüm müxtəlifdir. Əmək qabiliyyətli əhali adambaşına minimum istehlak səbətinə 1 ildə 692 gediş, pensiyaçılar üçün 365 gediş, uşaqlar üçün isə 406 gediş müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR