APA-nın “New Europe” saytına istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Atıcılıq Federasiyasının rəhbəri Tom Dielen deyib. O bildirib ki, Bakıda bacarıqlarını nümayiş etdirən avropalı atıcılar növbəti yarışlarda daha qətiyyətlə çıxış edə biləcəklər.
“Bakı-2015 bu idman növünün tezliklə beynəlxalq idman təqviminə daxil olmasına imkan yaradır. Belarus, Almaniya, İspaniya, Rusiya, Niderland və Fransadan olan atletlər Birinci Avropa Oyunlarında fəallıq nümayiş etdirdilər. Bu müsabiqə ox atmanın daha geniş yayılması üçün yaxşı imkandır”, - deyə Tom Dielen vurğulayıb.