Azərbaycanda ilk yarımillikdə 1010 ailə ipoteka krediti alıb

Azərbaycanda ilk yarımillikdə 1010 ailə ipoteka krediti alıb
# 09 avqust 2012 08:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda İpoteka Fondunun (AİF) xətti ilə 1 010 ailəyə 37 mln. manat ipoteka krediti verilib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2012-ci ilin ilk yarısı üzrə açıqladığı Pul Siyasəti İmalında bildirilir.

İcmalda qeyd olunur ki, ilin ilk yarısında dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına 2012-ci ilin I yarım ilində 450-dən çox ailəyə 15 mln. manat məbləğində sosial ipoteka krediti verilib.

Bu dövrdə ipoteka kreditləşməsi üçün bazar resurslarının cəlb olunması davam etdirilib. Belə ki, I yarımillikdə AİF vasitəsilə müvəkkil kredit təşkilatları tərəfindən sosial ipoteka istisna olmaqla 560-dan çox ailəyə 22 mln. manat məbləğində ipoteka krediti (kommersiya ipotekası) verilib. Başqa sözlə, sosial ipoteka kreditinin orta məbləği 33,3 min manat, adi ipoteka kreditlərinin orta məbləği isə 39,3 min manat təşkil edib.

«İpoteka kreditləşməsinin davam etməsi daşınmaz əmlak bazarında, xüsusilə təkrar bazarda aktivliyə təsir göstərib», - deyə İcmalda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR