«Rabitəbank» nizamnamə kapitalını artırıb

«Rabitəbank» nizamnamə kapitalını artırıb
# 14 avqust 2012 07:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC yeni səhm emissiyasının yerləşdirilməsini başa çatdırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yerləşdirilmiş səhmlərin hər birinin nominal dəyəri 20,29 manat, sayı 134 100 ədəd, emissiyanın ümumi həcmi isə 2 720 889 manat təşkil edib. Yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsi ilə keçirilib. Yerləşdirmədən sonra bankın nizamnamə kapitalı 14,4% artaraq 21 605 928 manata çatıb və balans kapitalı 25,5 mln. manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edib.

Qeyd edək ki, bankın adi, sənədsiz adlı səhmlərinin emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən may ayının 30-da qeydiyyatına alınıb, emissiyanın yerləşdirilməsi isə avqustun 8-də başa çatıb.

Xatırladaq ki, «Rabitabank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
Hazırda bankın 18 filialı, 2 şöbəsi və 1 nümayəndəliyi fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR