Yaponiyada sonuncu atom reaktoru dayandırılıb

Yaponiyada sonuncu atom reaktoru dayandırılıb
# 05 may 2012 19:38 (UTC +04:00)
Bakı-APA. Yaponiyada sonuncu “Tomari” Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırılıb.
APA-nın verdiyi xəbərə görə, 2011-ci ilin mart ayında Yaponiyada Fukuşima 1 Atom Elektrik Stansiyasında baş vermiş qəzadan sonra əksər AES-lərin işi dayandırılıb. Bu ölkənin qanunlarına əsasən AES-lərin fəaliyyətini bərpa etmək üçün yerli hakimiyyət orqanları (prefektura) icazə verməlidir. Bununla bağlı hökumətlə prefektura arasında danışıqlar nəticəsiz qalıb. Prefekturalar AES-lərin təhlükəsizliyini əsaslı yoxlamağı tələb edirlər. Lakin təhlükəsizliyi yoxlanılan AES-lərin işinin bərpa olunmasına prefekturalar icazə vermirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR