Hesabat: Azərbaycan qızıl və gümüş istehsalını kəskin artırıb

Hesabat: Azərbaycan qızıl və gümüş istehsalını kəskin artırıb
# 24 sentyabr 2015 10:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın Gədəbəy rayonunda yerləşən yataqlardan hasil edilən qızıl və gümüşün həcmi açıqlanıb.

APA-Economics”in “Anglo Asian Mining plc” şirkətinin hesabatına istinadən verdiyi məlumata görə, bu ilin II rübü ərzində ölkədə qızıl və gümüş istehsalı xeyli artıb.

Belə ki, bu ilin II rübündə Gədəbəyin yataqlarından şirkət tərəfindən hasil edilən qızılın həcmi 35 938 unsiyaya qədər artıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 32,84% çoxdur. Qeyd edək ki, bu ilin I rübündə sözügedən yataqlardan 17 193 unsiya qızıl istehsal edilib.

Məlumata görə, 2014-cü ilin II rübü ilə müqayisədə bu ilin aprel-iyun aylarında mis istehsalı 6,66% artaraq 689 tona çatıb, gümüş istehsalı isə 70,46% azalaraq 6 477 unsiya təşkil edib.

Bildirilib ki, bu ilin II rübündə 33 295 unsiya qızıl satılıb ki, bunun da hər unsiyasının orta qiyməti 1 204 dollar təşkil edib.

Bu ilin dekabrın 31-nə qədər qızıl istehsalını 70-75 min unsiya arasında dəyişəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR