Bəşər Əsəd: “Ərdoğan öz mənafeyi üçün ölkəsini fəda edər”

Bəşər Əsəd: “Ərdoğan öz mənafeyi üçün ölkəsini fəda edər”
# 18 aprel 2013 15:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Suriya prezidenti Bəşər Əsəd ölkəsinin Fransa müstəmləkəsindən qurtuluşunun 67-ci ildönümü münasibətilə “Əl-İhbariye” televiziyasına verdiyi müsahibədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı tənqid edib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, B. Əsəd R. T. Ərdoğanın şəxsi mənafeyi üçün ölkəsini fəda etməyə hazır olduğunu deyib. Suriya prezidenti bildirib ki, Ərdoğanın xaricdəki əsas hədəfi Suriyadır: “Suriyanı kürd məsələsində çətin vəziyyətdə qoymaq istəyir. Bizim kürdlərlə əlaqələrimiz hər zaman yaxşı olub. Ərdoğanın digər hədəfi isə daxili siyasətlə bağlıdır. Türkiyədəki kürdlərin səsindən faydalanaraq geniş səlahiyyətlərə sahib prezident üsul-idarəsi yaratmaq və bu məqsədlə Konstitusiyanı dəyişmək istəyir. Kürd məsələsində Ərdoğana etibar etmək olmaz. Suriya və Türkiyədə fəaliyyət göstərən dost kürd qüvvələri Ərdoğana güvənmədiklərini bizdə söylədilər”.

B. Əsəd Suriyadakı vəziyyətə də toxunaraq, hazırda ölkədəki vəziyyətin böhranın başlanğıcı ilə müqayisədə yaxşı olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR