İranlı generallar bir-birini təkzib edirlər

İranlı generallar bir-birini təkzib edirlər
# 25 fevral 2013 14:19 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. İran daha bir pilotsuz təyyarə ələ keçirməsi ilə yayıldığı xəbəri təkzib edib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı, general Məhəmməd Pakpur İranın hava hücumundan müdafiə sistemlərinin ölkənin cənub-şərqində keçirilən hərbi manevr çərçivəsində xarici ölkəyə məxsus pilotsuz təyyarəni yerə endirmədiklərini, amma onu aşkar edərək izlədiklərini bildirib.

Qeyd edək ki, SEPAH komandanı, general-mayor Həmid Sərxeyli jurnalistlərə açıqlamasında fevralın 23-də ölkənin cənub-şərqində keçirilən “Uca Peyğəmbər 8” hərbi manevrlər çərçivəsində İranın hava hücumundan müdafiə sistemlərinin xarici ölkəyə məxsus pilotsuz təyyarələrin ölkə sərhədlərini pozduğunu qeydə aldığı deyib: “SEPAH qüvvələri təlimin keçirildiyi əraziyə daxil olan bu təyyarələrdən birini zərərsizləşdirməyi və heç bir ziyan dəymədən yerə endirməyi bacarıb”. Ancaq H. Sərxeyli zərərsizləşdirilən pilotsuz təyyarənin hansı ölkəyə aid olduğuna dair heç bir məlumat verməyib. Lakin iranlı general həmin təyyarəyə aid videomaterialların yaxın günlərdə nümayiş etdiriləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR