46 nəfər ədliyyə orqanlarında qulluğa qəbul edilib

46 nəfər ədliyyə orqanlarında qulluğa qəbul edilib
# 16 iyul 2014 11:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün 46 nəfər ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin edilib.


Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, onlardan 33 nəfəri yeni fəaliyyətə başlamış Şəki Penitensiar müəssisəsinə, 13 nəfəri isə digər cəzaçəkmə müəssisələrinə və Mühafizə Alayına təyinat alıb.

Tədbirdə iştirak edən Penitensiar xidmətin rəisi Mədət Quliyev gənc əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR