«Era Trans Sığorta» nizamnamə kapitalını artırır

«Era Trans Sığorta» nizamnamə kapitalını artırır
# 22 aprel 2013 12:29 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Era Trans Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.


QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 900 manat, sayı 3 min ədəd, emissiyanın ümumi həcmi isə 5,7 mln. manat təşkil edir.


Emissiya «Era Trans Sığorta» şirkətinin hər birinin nominal dəyəri 1 756 manat olan 3 min ədəd (ümumi həcmi 5,268 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı 8,2% artaraq 5,7 mln. manata çatacaq.

Qeyd edək ki, «Era Trans Sığorta» 1994-cü ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 5,268 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR