Topaz Premyer Liqasının formatı dəyişdirilib

Topaz Premyer Liqasının formatı dəyişdirilib
# 15 mart 2013 09:52 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının formatı dəyişib. Apasport.az saytının məlumatına görə, bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin hazırda keçirilən iclasında verilib.

Belə ki, 2013/14 mövsümündən “altılıq” sistemi ləğv olunacaq. Komandaların sayı da 12-dən 10-a endiriləcək.

Bundan sonra Azərbaycan çempionatında 10 komanda mübarizə aparacaq. Onlar 4 dövrədə mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR