Ağcabədi rayon sakinini qətlə yetirənin kimliyi bilinib

Ağcabədi rayon sakinini qətlə yetirənin kimliyi bilinib
# 06 fevral 2013 07:43 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Azərbaycanın Ağcabədi rayonunda dünən baş verən qətl hadisəsini törədən şəxsin kimliyi bilinib. Ağcabədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Miraxorlu kənd sakini, 1984-cü il təvəllüdü Xaliq Həsənovun Sarvanlar kənd sakini, 1991-ci il təvəllüdlü Nurəddin Süleymanov tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

N. Süleymanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən yayılan ilkin məlumatda X. Həsənovun naməlum şəraitdə bıçaqlandığı, Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişdiyi bildirilirdi.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR