Bu il Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları artıb

Bu il Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları artıb
# 12 noyabr 2015 08:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 39,3 mln. ton, yük dövriyyəsi isə 8313,1 mln. ton-km olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 22,86 mln. tonu və ya 58,2%-i avtomobil nəqliyyatı, 11,70 mln. tonu və ya 29,8%-i dəmir yolu nəqliyyatı, 4,72 mln. tonu və ya 12,0%-i dəniz nəqliyyatı ilə daşınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 9,3% azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 21,3 və 30,8%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5,8% artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 18,3%-ni və ya 7,2 mln. tonunu tranzit yüklər təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında dəhliz vasitəsilə 247,5 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 5003,7 mln. sərnişin-km olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması və sərnişin dövriyyəsi 7,8% artıb. Sərnişin daşınmasındakı artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR