Quba rayon sakini bıçaqlanıb

Quba rayon sakini bıçaqlanıb
# 01 sentyabr 2014 07:23 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Adur kənd sakini, 1977-ci il təvəllüdlü Muradov Lazım Mirələm oğlu çoxsaylı bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Quba rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, L. Məmmədovu bıçaqlayan şəxs və ya şəxslərin tapılıb istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR