Moldova baş nazirinin müavini Azərbaycana səfər edəcək

Moldova baş nazirinin müavini Azərbaycana səfər edəcək
# 05 sentyabr 2014 14:24 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Sentyabrın 7-9-da Moldova baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri, xanım Natalia German Azərbaycana rəsmi səfər edəcək. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.


Səfər çərçivəsində N. Germanın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR