"CDB Bank" müştərilərinə təhlükəsiz kartlar təqdim edir

"CDB Bank" müştərilərinə təhlükəsiz kartlar təqdim edir
# 17 noyabr 2015 06:42 (UTC +04:00)

Bakı - APA-Economics. "Caspian Development Bank" ASC (CDB Bank) öz müştərilərinə "3D Secure Verified by VISA" xidmətinə qoşulmağı təklif edir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu xidmət imkan verir ki, müştərilər kartlarını internetdə dələduzluq əməliyyatlarından tam qorusunlar.

"3D Secure Verified by VISA" - debet və kredit kartlarında əlavə olaraq təhlükəsizliyi artırmaq və müştərinin ikili qeydiyyat yoxlanışını təsdiq etmək üçün göstərilən xidmət növüdür. Bu xidmət vasitəsilə bankın müştəriləri internetdə təhlükəsiz alış-veriş edəcək, hər cür dələduzluq və fırıldaqçılıq hallarından müdafiə olunacaqlar. Xidmətdən istifadə edən müştəri internetdə hər dəfə ödəniş edərkən, əlavə olaraq ödənişi təsdiqləmək üçün sistemdə qeydiyyatdan keçdiyi zaman özünün qeyd etdiyi parolu daxil etməlidir.

Təhlükəsizlik xidmətindən istifadə üçün müştərilər mütləq https://acs.3dsecure.az/way4acs/enroll saytında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumatı CDBBANK-ın internet səhifəsindən (http://www.cdbbank.az) və ya www.azericard.com səhifəsindən əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR