Belçika təhlükə səviyyəsini 3-cü dərəcəyə qaldırıb

Belçika təhlükə səviyyəsini 3-cü dərəcəyə qaldırıb
# 17 noyabr 2015 03:56 (UTC +04:00)

Bakı-APA. Belçika hökuməti bütün ölkə ərazisində təhlükə səviyyəsini 3-cü dərəcəyə qaldırıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə 4 ballıq şkala ilə 3-cü dərəcəli təhlükəlilik səviyyəsi elan edilib.

Bu o deməkdir ki, terror təhlükəsi mümkün və ehtimal ediləndir. Xəbərdarlıq, ilk növbədə, insanların sıx toplaşdığı yer və tədbirlərə şamil edilir.

Qeyd edək ki, bununla əlaqədar Belçika və İspaniya futbol yığmaları arasında noyabrın 17-ə təyin olunmuş yoldaşlıq görüşü ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR