Saatlı sakinindən külli miqdarda narkotik götürülüb

Saatlı sakinindən külli miqdarda narkotik götürülüb
# 22 iyun 2012 08:43 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon (şəhər) Polis Şöbəsinin (RŞPŞ) əməliyyat işləri üzrə rəis müavini Şaiq Əliyev məlumat verib.

Ş. Əliyevin sözlərinə görə, Şəki RŞPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində Şəki rayon ərazisində əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində, 1955-ci ildə Saatlı şəhərində anadan olan, hazırda Bakı şəhərində kirayədə yaşayan Əliyev Ağarəzim Həzrət oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı cibindən kibrit qutusunda çəkisi 5,3 qram, əlindəki bazar zənbilinə baxış zamanı isə 4 kq 200 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı Ağarəzim Əliyevin narkotik vasitəni Şəkiyə satmaq üçün gətirdiyi müəyyən edilib. O, Şəki PŞPŞ-nin əməkdaşları tərəfindən həbs edilib. Faktla bağlı Şəki RŞPŞ-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR