Dirijor Azad Əliyev: “Çox təəssüflənirəm ki, bizim insanlar simfonik musiqiyə hazır deyillər”

Dirijor Azad Əliyev: “Çox təəssüflənirəm ki, bizim insanlar simfonik musiqiyə hazır deyillər”
# 06 iyul 2012 09:41 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Orkestri, 80-90 nəfəri idarə etmək, saxlamaq çətindir. Hər birinin ayrı xasiyyəti, fikirləri, düşüncələri var. Amma bunu etmək vacibdir, çünki bunu kimlərsə etməlidir”. Bu sözləri APA-ya açıqlamasında Niyazi adına Simfonik Orkestrin bədii rəhbəri və baş dirijoru Azad Əliyev deyib. Dirijor bildirib ki, orkestrin üzvləri konsert və ya məşq zamanı yalnız musiqi haqqında düşünürlər. Hazırda simfonik musiqinin yazılmamasının səbəblərinə də toxunub: “Bütün dünyada musiqinin renesans və ya zəif dövrü olur. Əslində hazırda klassik musiqilər yazılır, sadəcə, bu əsrin insanları üçün onlara daha yaxın tərzdə və anlayacaqları kimi yazılması lazımdır. Fikrimcə, zamanla bu da olacaq. Çox təəssüflənirəm ki, bizim insanlar simfonik musiqiyə hazır deyillər, arzu edərdim ki, buna hazır olsunlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR