Bakı və Lənkəran sakinlərindən xeyli miqdarda narkotik vasitə götürülüb

Bakı və Lənkəran sakinlərindən xeyli miqdarda narkotik vasitə götürülüb
# 20 iyun 2012 08:00 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Nərimanov rayonunda Lənkəran sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Fərrux Əliyevdən 2 kiloqram 900 qramdan artıq narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.

Xəzər rayonunda isə Şüvəlan qəsəbə sakini Vaqif Qəmbərovun həyətindən 3 kiloqramdan artıq çətənə kolu, yaşadığı evdən isə 2 kiloqram yarıma yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Hər bir faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR