BDU-nun yataqxanasında yaşayan şəxs bıçaqlanıb

BDU-nun yataqxanasında yaşayan şəxs bıçaqlanıb
# 22 mart 2012 10:15 (UTC +04:00)
Bakı-APA. Bakının Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə martın 21-də qeydə alınıb. Bakı Dövlət Universitetinin (BDU) 5 saylı Yataqxanasında yaşayan Hörmət Usubov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Yasamal rayon Polis İdaeəsi 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində Bakı şəhər sakini Gəray Həşimov tərəfindən törədilməsi müəyyən edilib. G. Həşimov tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR