Bank Of Baku

“Bank of Baku”nun “Dostlar Klubu”nun üzvləri bonuslarını danışıq vaxtına çevirmək imkanı əldə edib

“Bank of Baku”nun “Dostlar Klubu”nun üzvləri bonuslarını danışıq vaxtına çevirmək imkanı əldə edib
# 01 noyabr 2012 14:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Bank of Baku” ASC “Dostlar Klubu”nun üzvləri krediti ödəyərkən topladığı bonusların 1/5 hissəsini (5 bonus 1 manata bərabərdir) bankda qeydiyyatda olan mobil telefon nömrəsində danışıq vaxtına çevirə bilər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bunun üçün istənilən gün və saat 8145 nömrəsinə xüsusi SMS göndərmək kifayətdir.

İlk öncə balansındakı bonusların miqdarını öyrənmək istəyənlər 8145 nömrəsinə aşağıdakı məzmunlu SMS göndərməlidirlər: Dost (boşluq) 6 rəqəmli müştəri kodu.

Misal: Dost 123456

SMS göndərən müştəriyə “Bank of Baku”dan cavab gələcək. Balansında azı 5 bonus olan şəxs bu bonusları minimum olan 1 manatlıq danışıq vaxtına çevirə bilər. Balansına bələd olan və azı 5 bonusu olan şəxs bonusunun 1/5 hissəsi olan 1 manatlıq danışıq vaxtını yükləmək üçün 6 rəqəmli müştəri kodunu (boşluq) mob (boşluq) 1 rəqəmi SMS ilə göndərməlidir.

Misal: 123456 mob 1

Bonus məbləği daha yüksək olan şəxslər daha çox mobil danışıq vaxtını yükləyə bilərlər. Bunun üçün sadəcə son rəqəmi dəyişdirmək lazımdır.

Misal: 123456 mob 1, 2, 3 və ya 4... və s.

Ölkədəki hər 3 operatorun (Azercell, Bakcell, Nar Mobile) abonentləri bonuslarını mobil danışıq vaxtına çevirə bilər.

“Dostlar Klubu” barədə daha ətraflı məlumatı bankın 145 Məlumat Mərkəzindən və ya sosial şəbəkə səhifəsindən əldə etmək olar: https://www.facebook.com/Dostlarklubu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR