Çempionlar Liqasında “Rabitə” və “Azəryolun” rəqibləri məlum olub

Çempionlar Liqasında “Rabitə” və “Azəryolun” rəqibləri məlum olub
# 28 iyun 2014 00:44 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Avstriyanın paytaxtı Vyanada baş tutan tədbirdə Azərbaycanın “Rabitə” və “Azəryol” klubları rəqiblərini tanıyıblar.

Super Liqanın qalibi A qrupunda mübarizə aparacaq. Bakı təmsilçisinin bəxtinə Türkiyə klubları çıxmasa da, püşk onları çətin rəqiblərlə üz-üzə qoyub. Belə ki, “Rabitə” mərhələ adlamaq üçün Çempionlar Liqasının, dünya çempionatının və Rusiya Superliqasının son qalibi Kazan “Dinamo”su, Polşanın ən güclüsü “Ximik” və Çexiya çempionu “Agel”lə münasibətinə aydınlıq gətirəcək.

Azərbaycan çempionatının ikincisi “Azəryol”un isə bəxtinin gətirdiyini demək olar. Yeni mövsümdən Aleksandr Çervyakovun çalışdıracağı komanda Türkiyə və Fransanın gümüş medalçıları, müvafiq olaraq, “Fənərbaxça” ilə “Nant” və Rumıniya çempionatının qalibi “Stiinta” ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR