İranda zəlzələ olub

İranda zəlzələ olub
# 04 fevral 2014 06:52 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Ötən gecə İranın Hörmüzqan vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Hörmüzqan vilayətinin Gövhəran şəhərinə təsadüf edib.

4.3 bal gücündə olan zəlzələ fevralın 3-də Bakı vaxtı ilə saat 23:00-da yerin 12 km dərinliyində meydana gəlib. Təbii fəlakət Gövhərandan (Hörmüzqan) 17 km, Manucandan (Kirman) 81 km və Minabdan (Hörmüzqan) 84 km uzaqlıqda baş verib.

Dağıntı və itki yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR