Türkdilli dövlətlərin nəqliyyat nazirlərinin növbəti toplantısı Astanada keçiriləcək

Türkdilli dövlətlərin nəqliyyat nazirlərinin növbəti toplantısı Astanada keçiriləcək
# 10 sentyabr 2013 08:53 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin nəqliyyat nazirlərinin II iclası gələn il Astana şəhərində (Qazaxıstan) keçiriləcək. «APA-Economics»in Qazaxıstan Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, türkdilli dövlətlərin nəqliyyat nazirlərinin iclasının mayın 19-21-də keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir. Üzv dövlətlərin nəqliyyat nazirlərinin ilk iclası bu ilin iyul ayında Bakıda keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR