Azərbaycanda gəmi kapitanı faciəli şəkildə ölüb

Azərbaycanda gəmi kapitanı faciəli şəkildə ölüb
# 24 dekabr 2013 08:16 (UTC +04:00)

Neftçala Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Kür çayının rayonun Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1970-ci il təvəllüdlü Azər Xeyrulla oğlu Qarayev kapitanı olduğu “YG 3" yedək gəmisində yükləri qaldırmaq üçün olan qurğunun qırılması nəticəsində yükün altında qalaraq dünyasını dəyişib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozduqda insan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR