Rusiya hərbi təyyarələri Gürcüstan üzərindən uçacaq

Rusiya hərbi təyyarələri Gürcüstan üzərindən uçacaq
# 14 yanvar 2014 11:58 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Kviris palitra” qəzetində hərbi ekspert İrakli Aladaşvili məlumat verib.

Məlumata görə, yanvarın 20-də Tiflis üzərindən bir neçə Rusiya qırıcı təyyarəsi və “İl-76” hərbi yük təyyarəsi uçacaq. Ekspertin sözlərinə görə, uçuş Gürcüstan hakimiyyəti ilə razılaşdırılıb.

Ekspert bildirib ki, belə bir uçuş yanvarın 10-da həyata keçirilib, Rusiya qırıcıları və yük təyyarəsi Gürcüstanın şimalından cənuba tərəf uçaraq Ermənistanın Erebuni hərbi aerodromunda yanacaq doldurmaq üçün qısamüddətli eniş ediblər.

İ.Aladaşvilinin yazdığına görə, Rusiya hərbi təyyarələri beynəlxalq uçuşlar nümayiş etdirmək üçün Bəhreyndə təşkil olunacaq tədbirə qatılacaq və yanvarın 20-də eyni marşrutla geri uçacaqlar.

Bu, 2008-ci ilin avqustundan sonra Rusiya hərbi təyyarələrinin Gürcüstan üzərindən ilk uçuşlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR