HƏMAS iki İsrail casusunu edam etdiyini bəyan edib

HƏMAS iki İsrail casusunu edam etdiyini bəyan edib
# 22 iyun 2013 23:30 (UTC +04:00)

Bakı-APA. Qəzza zolağında hakimiyyətdə olan “HƏMAS” qruplaşması bəyan edib ki, iyunun 22-də səhər saatlarında Qəzza şəhərinin mərkəzi həbsxanasında iki İsrail casusu asılaraq edam olunub. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, iki nəfər şəxs İsrailin xüsusi xidmət orqanlarına kəşfiyyat xarakterli məlumat ötürməkdə ittiham olunub.

HƏMAS edam olunanların adlarını açıqlamır, lakin qeyd edir ki, onları məhkəmə mühakimə edib.

Qeyd edək ki, “HƏMAS” tərəfidən İsrailə casusluqda ittiham olunaraq edam olunmuş şəxslərin ümumi sayı 16 nəfərə çatıb. Məlumata görə, analoji ittihamlarla onlarla insan silahlılar tərəfindən məhkəməsiz və araşdırmasız qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR