Brent markalı neftin qiyməti ucuzlaşmağa davam edir

Brent markalı neftin qiyməti ucuzlaşmağa davam edir
# 18 aprel 2014 06:39 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Aprelin 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,54 dollar artaraq 1 barelə görə 104,3 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, aprelin 17-də ICE London qitələrarası birjasında ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,07 dollar azalaraq 109,53 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR