Sabahdan Azərbaycanda iki yeni İKT standartının tətbiqinə başlanılacaq

Sabahdan Azərbaycanda iki yeni İKT standartının tətbiqinə başlanılacaq
# 30 sentyabr 2013 10:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS ISO/IEC 2382-18-2013 «İnformasiya texnologiyaları-Sözlük-Hissə 18-Verilənlərin paylanmış emalı» və AZS ISO/IEC 2382-20-2013 «İnformasiya texnologiyaları-Sözlük-Hissə 20-Sistemin işlənməsi» dövlət standartlarını təsdiq edib.

İnformasiya Texnologiyaları və Rabitə Nazirliyinin (RİTN) mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, standartlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Standartlaşdırma üzrə «İnformasiya-kommunikasiya texnologiyaları» Texniki Komitəsi (TK 05) tərəfindən hazırlanıb.

AZS ISO/IEC 2382-18-2013 dövlət standartı verilənlərin paylanmış emalı sahəsində beynəlxalq ünsiyyəti asanlaşdırmaq üçün nəzərdə tutulub.

AZS ISO/IEC 2382-20-2013 dövlət standartında isə sistemin layihələndirilməsi və keyfiyyət təminatı da daxil olmaqla, sistemə verilən tələblərin təhlilindən başlamış tətbiqinə qədər bütün əsas anlayışlar yer alır.

Qeyd edək ki, hər iki standart oktyabrın 1-dən tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR