Aralıq dənizində Rusiya-Çin hərbi təlimləri başlayıb

Aralıq dənizində Rusiya-Çin hərbi təlimləri başlayıb
# 27 yanvar 2014 09:31 (UTC +04:00)

Bakı – APA. Aralıq dənizində Rusiya-Çin hərbi-dəniz təlimləri başlayıb.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, iki ölkənin hərbi-dəniz qüvvələrinin iştirak etdiyi təlimlər ilk dəfə keçirilir.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlər çərçivəsində tərəflər həmçinin hava hücumundan müdafiə üzrə məşqlər keçirəcək. Məşqlər zamanı hərbi-dəniz donanmasının helikopterləri real hədəfləri imitasiya edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR