Həsən Ruhani: “Heç kəs həbsxanada və dustaqlıqda əbədi qalmayacaq”

Həsən Ruhani: “Heç kəs həbsxanada və dustaqlıqda əbədi qalmayacaq”
# 27 yanvar 2014 09:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani ölkə müxalifətinin liderləri sayılan, üç ildən artıqdır ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılmasının mümkünlüyündən danışıb.

APA-nın “Radiofərda” istinadən verdiyi məlumata görə, H.Ruhani bildirib ki, heç kəs həbsxanada və dustaqlıqda əbədi qalmayacaq: “Hesab edirəm ki, İrandakı vəziyyət növbəti bir neçə ayda keçmişdəkindən daha yaxşı olacaq”.

Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılır. Onların həbsdə saxlanılmasının artıq min günü tamam olub. Ailəsi İran prezidenti Həsən Ruhanidən M.Kərrubinin ETTELAAT-dan öz evinə dustaqlığa köçürülməsini xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR