Mixail Qorbaçov: “Krım xalqı referendumda SSRİ-nin səhvini düzəldib”

Mixail Qorbaçov: “Krım xalqı referendumda SSRİ-nin səhvini düzəldib”
# 18 mart 2014 11:58 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu “İnterfaks”a müsahibəsində SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov deyib.

O qeyd edib ki, xalqın iradəsinin sərbəst ifadəsi sanksiyalar üçün əsas ola bilməz.

“Əgər əvvəl Krım Ukraynaya sovet qanunları, daha doğrusu partiyanın qərarı ilə birləşdirilmişdirsə, indi xalqın özü bu səhvi düzəltmək qərarına gəldi”, - deyə M.Qorbaçov vurğulayıb.

SSRİ-nin sabiq prezidenti həmçinin Qərbin Rusiyaya qarşı sanksiyalarını qeyri-qanuni hesab etdiyini bildirib.

“Sanksiyaların qəbulu üçün ciddi əsaslar olmalıdır, onlar BMT tərəfindən dəstəklənməlidir. Krım xalqının iradəsinin sərbəst ifadəsi, habelə muxtar respublikanın Rusiyaya mümkün birləşdirilməsi bu cür əsas ola bilməz”, - deyə M.Qorbaçov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR