Lvovda etirazçılar vilayət prokurorluğunun binasını ələ keçiriblər

Lvovda etirazçılar vilayət prokurorluğunun binasını ələ keçiriblər
# 09 aprel 2014 01:59 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Lvov şəhərində etirazçılar vilayət prokurorluğunun binasını ələ keçiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın “24” telekanalı məlumat yayıb.

Məlumata görə, onlarla etirazçı prokurorluğun qapısını qıraraq binanın içərisinə daxil olub. Girişdə dayanan polis hücumun qarşısını ala bilməyib. Etirazçılar vilayət prokuroru Vladimir Quralla görüşmək niyyətində olublar, lakin onun ezamiyyətdə olduğu məlum olub.

Ötən gün “Sağ sektor” və “Əfqan yüzlüyü” hərəkatlarının üzvləri vilayətə yeni prokuror təyin olunmuş Vladimir Quralı rüşvətxorluqda ittiham edərək onun rəsmi təqdimat mərasimini pozublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR