Nazirlik rəsmisi: Azərbaycanda əmək bazarının problemlərinin həllinə 3 tərəfin birlikdə iştirakı ilə nail olmaq olar

Nazirlik rəsmisi: Azərbaycanda əmək bazarının problemlərinin həllinə 3 tərəfin birlikdə iştirakı ilə nail olmaq olar
# 04 oktyabr 2013 16:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan əmək bazarının qarşısında duran əsas problemlərdən biri gənclərin və ali təhsil müəssisələrini bitirən məzunların hazırkı əmək bazarlarının tələbatına uyğun olmamasıdır”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib. İ. Nağıyev deyib ki, bu yalnız Azərbaycanda olan hal deyil, dünya ölkələri də mövcud problemlə qarşılaşırlar. Onun sözlərinə görə, beynəlxalq şirkətin apardığı araşdırma nəticəsinə əsasən məlum olub ki, bu problemi prosesdə iştirak edən bütün tərəflər-ali təhsil müəssisələri, iş sektorunun nümayəndələri və gənclər bir-biri ilə əlaqədə işləyərək həll edə bilərlər.

Azərbaycanda problemin həlli yollarına gəlincə, nazirlik rəsmisi qeyd edib ki, təhsil müəssisələri kurikulumları, tədris qaydalarını hazırlayan zaman işəgötürələrin onların məzunlarından gələcəkdə tələb edəcəyi gözləntiləri nəzərə ala bilərlər: “İşəgötürənlər ali təhsil müəssisələri, eləcə də gənclər üçün təcrübə proqramları hazırlaya bilərlər. Gənclər hazırlıqlı, bacarıqlı və işgüzar olsalar bu problemləri həll edə bilər. Hər bir gənc isə bazarın tələblərini nəzərə alaraq məlumatlı olmalı və düzgün qərar verməyi bacarmalıdır. 3 tərəfin birlikdə əlaqəli şəkildə iştirakı ilə problemin həllinə nail olmaq olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR