III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin final mərhələsi keçirilib - FOTOSESSİYA

III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin final mərhələsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 22 aprel 2014 09:40 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Diplomatiya Akademiyası (ADA) 14 təhsil müəssisəsinin qatıldığı III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin qalibi olaraq Azərbaycanı II Beynəlxalq “Univision” Tələbə Mahnı Müsabiqəsində təmsil edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən reallaşdırılan III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin final mərhələsi aprelin 21-də Heydər Əliyev Sarayında keçirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, artıq üçüncü dəfədir baş tutan “Univiziya” Tələbə Mahnı Müsabiqəsi böyük tələbə axınını bir araya gətirir: “Bu gün ölkədə reallaşdırılan dövlət gənclər siyasəti istedadlı gənclərin də inkişafını dəstəkləyir. Yaradıcı, istedadlı, yeni ideyalara açıq gənclər daim diqqət və qayğı ilə əhatə olunub”.

14 təhsil müəssisəsinin təmsilçisinin çıxışlarından sonra səsvermə mərhələsi başa çatıb. Səsvermədə ümumilikdə III “Univiziya” Tələbə Mahnı Müsabiqəsində iştirak etmiş 22 təhsil ocağı iştirak edirdi.

Səsvermənin yekun nəticələrinə görə 168 xalla “ADA” Universitetinin təmsilçisi Günay Bədəlova I yerə layiq görülüb. Eyni xalı topladıqlarına görə Bakı Dövlət və Bakı Slavyan Universitetlərinin təmsilçiləri Əlihüseyn Quluzadə və Kəmalə Novruzova II yeri öz aralarında bölüşdürüblər. 98 xalla Azərbaycan Dövlət Neft Akademiyasının “Old Academy” qrupu III yerə sahib olub. “Tamaşaçıların rəğbəti” nominasiyasında Naxçıvan Dövlət Universitetinin qrupu qalib gələrək, mükafata layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR