APA-nın məlumata görə, yol qəzası Zabrat qəsəbəsində qeydə alınıb. Qəzanı 105 saylı xətt marşrutu ilə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusu qəza törədib. Nəticədə 9 nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.