Əli Həsənov: “Milli Demokratiya İnstitutu ilə keçirdiyimiz görüşlərdə müəyyən şərtlər razılaşdırılıb”

Əli Həsənov: “Milli Demokratiya İnstitutu ilə keçirdiyimiz görüşlərdə müəyyən şərtlər razılaşdırılıb”
# 13 may 2013 11:01 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. “ABŞ-ın Milli Demokratiya İnstitutu ilə keçirdiyimiz görüşlərdə müəyyən şərtlər razılaşdırılıb”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.


Ə. Həsənov deyib ki, Azərbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı müvafiq qanunvericiliyin tələblərini onların diqqətinə çatdırılıb: “Azərbaycanda QHT-lər haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq, ABŞ-ın adıçəkilən qeyri-hökumət təşkilatı və digər beynəlxalq qurumlar Azərbaycanda fəaliyyət göstərə bilərlər”.

Ə. Həsənov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərmək üçün yerli və beynəlxalq qurumların ilk növbədə Azərbaycan qanunlarının tələblərinə cavab verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR